Təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Təbiət fəlakətlərinin dünya iqtisadiyyatına vurduğu ümumi zərər
2025-ci ildə 224 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki
ilin göstəricisindən (inflyasiya nəzərə alınmaqla 368 milyard
dollar) təxminən 40% azdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük təkrarsığorta
şirkətlərindən olan “Munich Re”nin dərc etdiyi hesabatda qeyd
olunub.

Sığortalanmış zərərin həcmi təxminən 108 milyard dollar olub,
halbuki bir il əvvəl bu göstərici 147 milyard dollar təşkil
edirdi.

Beləliklə, ümumi zərərin strukturunda sığortalanmış itkilərin
payı təxminən 48% təşkil edib. Halbuki uzunmüddətli dövr üzrə orta
göstərici təxminən 30% səviyyəsindədir.




Ötən il “pik olmayan risklər” (non-peak perils) adlandırılan
kateqoriya üzrə rekord həcmdə sığortalanmış itkilərlə yadda qalıb.
Bu kateqoriyaya daşqınlar, meşə yanğınları və güclü fırtınalar
daxildir. Sığortalanmış zərər 98 milyard dollar, ümumi iqtisadi
itki isə 166 milyard dollar təşkil edib.

Eyni zamanda, son 10 ildə ilk dəfə olaraq ABŞ ərazisində ciddi
fəsadlara yol açmış iri qasırğa qeydə alınmayıb.

Ötən ilin iqtisadi zərər baxımından ən böyük təbii fəlakəti
Kaliforniyada baş vermiş meşə yanğınları olub. Bu hadisələr
nəticəsində 30 nəfər həlak olub, ABŞ iqtisadiyyatına isə 53 milyard
dollar zərər dəyib (bu məbləğin təxminən 40 milyard dolları
sığortalanmışdı).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir