Sabunçuda əməliyyat – 22 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı
27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram
tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə
cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış
məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi
planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir