
Bakı. Trend:
Fransada 2025-ci ildə doğum səviyyəsi 1944-cü ildən bəri ən
aşağı səviyyəyə düşüb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli
Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat
yayıb.
Hesabata görə, 2025-ci ildə 654 min uşaq doğulub ki, bu da
2024-cü illə müqayisədə 2,1%, 2010-cu illə müqayisədə isə 24%
azdır. Qeyd olunur ki, 2010-cu ildə Fransada doğum səviyyəsi ən
yüksək göstəriciyə çatmışdı.
“Doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına orta
hesabla 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-ya
enib. Bu isə Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınan
ən aşağı səviyyədir”, -deyə məlumatda qeyd olunur.
İnstitut həmçinin diqqətə çatdırır ki, 2025-ci ildə ölənlərin
sayı doğulanların sayını üstələyib və 651 min nəfər təşkil
edib.

