
Bakı. Trend:
“Fənərbaxça”da heyətdən kənarlaşdırılan Cenk Tosun və Rodriqo
Bekaonun yeni klubları bəlli olub.
Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu İstanbulun digər
təmsilçisi “Kasımpaşa”ya keçib. Tərəflər arasında əldə olunan
razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun birdəfəlik ,
braziliyalı müdafiəçi Bekao isə mövsümün sonuna qədər icarə
əsasında “Kasımpaşa”nın formasını geyinəcək.
Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu komanda
daha əvvəl “sarı-lacivərdlilər”in digər ulduzu İrfan Can Kahvecini
də icarəyə götürmüşdü.

