
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq
toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama oyununu
keçirib.
Trend xəbər
verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin “Piramids” klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı
bərabərliklə başa çatıb.
Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.
Afrika Çempionlar Liqasının hazırkı qalibi olan “Piramidis”in
qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.
Qeyd edək ki, “Neftçi” Əbu-Dabidə keçirdiyi ilk hazırlıq
matçında “Karyat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib. “Ağ-qaralar” son oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq”
klubuna qarşı keçirəcək.

