
Bakı. Trend:
“Milan” yayda azad agent olacaq “Bavariya”nın yarımmüdafiəçisi
Leon Qoretzkanı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Trend “La
Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı
futbolçunun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədər
qüvvədədir. Bildirilir ki, tərəflər müqavilənin uzadılması ilə
bağlı danışıqlar aparmırlar, çünki yarımmüdafiəçi vergilərdən sonra
7 milyon avro olan maaşını azaltmaq istəmir.
Bu, “Milan” üçün maneədir, çünki futbolçu kluba qoşularsa, əlavə
olaraq agent komissiyaları da ödənilməli olacaq. Klub 40 yaşlı Luka
Modriç müqaviləsini uzatmasa, müəyyən maliyyə vəsaiti azad edə
bilər.
Qoretzka ilə həmçinin “Fənərbağça” klubu da yaxından
maraqlanır.
Qeyd edək ki, bu mövsüm Qoretzka “Bavariya”nın heyətində
Bundesliqada 15 oyuna çıxıb və 1 qol vurub.

