
Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın dövlət
katibi Marko Rubio ilə Vaşinqtonda görüş keçirib.
Trend-in
Ermənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə,
görüş zamanı Mirzoyan və Rubio 8 avqust 2025-ci il tarixində
Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların icra
vəziyyətini müzakirə ediblər.
Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesinin daha da
institusional əsaslar üzərində qurulmasının əhəmiyyətini qeyd
edərək, bu istiqamətdə atıla biləcək addımları nəzərdən
keçiriblər.
Görüşün yekununda Ermənistanın xarici işlər naziri və ABŞ dövlət
katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu
(TRIPP) layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi üzrə
birgə bəyanatı təsdiqləyiblər.

