Maykl Karrik “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

Baş səhifə

Bakı. Trend:

Maykl Karrik “Mançester Yunayted”in baş məşqçisi təyin
olunub.

Trend xəbər verir ki, klub 44
yaşlı mütəxəssisin mövsümün sonuna qədər bu vəzifəyə gətirildiyini
açıqlayıb.




“Mançester Yunayted” 21 turdan sonra Premyer Liqa cədvəlində 32
xalla 7-ci sırada qərarlaşıb. Ruben Amorim istefaya göndərildikdən
sonra komandaya iki oyunda Darren Fletçer rəhbərlik edib.

Karrik 2006–2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
O, klubla 5 dəfə APL çempionluğu qazanıb, İngiltərə Kuboku, Liqa
Kuboku (2 dəfə) və Superkuboku (6 dəfə) qazanıb. Beynəlxalq arenada
isə “Yunayted”lə Çempionlar Liqasını, Avropa Liqasını və Klub Dünya
Çempionatını qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir