Ukrayna ABŞ-dan silah tədarükü üçün 15 milyard avro əldə edə bilər

Baş səhifə

Bakı. Trend:

Niderland Ukraynaya ABŞ-dan silah alınması məqsədilə 15 milyard
avro ayırmağı təklif edib. Sözügedən məbləğin Avropa İttifaqının
Ukraynaya vəd etdiyi 90 milyard avroluq kredit paketinin bir
hissəsi olduğu bildirilir.

Trend xəbər verir ki, bu
barədə “Algemeen Dagblad” (AD) nəşri yazıb.

Məlumata əsasən, Niderland hökuməti Avropa İttifaqının müdafiə
sənayesinin ABŞ-da istehsal olunan sistemlərə bərabər silahlar
istehsal etmək imkanlarının məhdud olduğunu hesab edir. Qeyd olunur
ki, Avropa İttifaqı ölkələri 2025-ci ilin sonunadək Ukraynaya
ümumilikdə 90 milyard avro maliyyə dəstəyi vəd ediblər.




Nəşr yazır ki, yanvarın 14-də Avropa Komissiyası ilkin təklifi
rəsmi sənəd şəklində təqdim edəcək, bundan sonra isə üzv ölkələr
arasında razılaşma prosesi başlayacaq.

Bildirilir ki, ayrılacaq vəsait ən gec mart ayının sonunadək
Kiyevə köçürülməlidir. Eyni zamanda kreditin şərtləri ətrafında
qeyri-rəsmi müzakirələr davam edir. Bir tərəfdə Niderland, Almaniya
və Baltik ölkələri, digər tərəfdə isə Fransa yer alır.

Məqalədə vurğulanır ki, Fransa tərəfi Ukrayna Prezidenti
Volodimir Zelenskinin “Avropa silahlarını alın” çağırışına uyğun
olaraq milyardlarla vəsaitin yalnız Qərb, xüsusilə Avropa istehsalı
olan silahlara xərclənməsini istəyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir