
Bakı.Trend:
Qazax rayonunda N.Nərimanov qəsəbəsi və Canallı kəndinin qaz
təminatınada fasilə olacaq.
Trend xəbər
verir ki, bununla bağlı “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, sabah Qazax rayonunun Şəmkir RQİİ-nin Qazax XS
Əskipara AQPS-dan qidalalan N.Nərimanov qəsəbəsində yeraltı qaz
sızmalarının ləğvi və Canallı kəndində abonentin öz vəsaiti
hesabına qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə
14.01.2026-ci ildə saat 10:00-dan işlər yekunlaşdırılanadək Qazax
rayonu N.Nərimanov qəsəbəsi(823 abonent) və Canallı kəndinin(410
abonent) qaz təchizatının daxildən dayandırılacaq.

