İran və Türkiyə xarici işlər nazirləri regional məsələlər haqda fikir mübadiləsi aparıblar

Baş səhifə

Bakı. Trend:

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Türkiyə xarici
işlər naziri Hakan Fidan telefon söhbətində regional məsələlərin
son vəziyyəti haqda fikir mübadiləsi aparıblar.

Bu barədə Trend
İran XİN-ə istinadən məlumat verib.

Telefon söhbətində İran xarici işlər naziri İranda son vaxtlar
baş verən hadisələr haqda türkiyəli həmkarına məlumat verib.




İranlı nazir hadisələr zamanı xarici ölkələrə bağlı şəxslərin
İran vətəndaşlarının dinc etirazlarını zorakılıqlara çevirməsi,
hadisələr nəticəsində bir qrup iranlının həlak olması haqda
məlumatları türk həmkarı ilə paylaşıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir