İrandakı hadisələr Azərbaycandan bu ölkəyə dəmir yolu ilə daşımalara təsir etməyib – ADY

Baş səhifə

Bakı.Trend:

İranda başlayan qarşıdurmalar Azərbaycandan bu ölkəyə dəmir yolu
ilə daşımalara təsir etməyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları” (ADY) QSC-dən bildirilib.

Qeyd edilib ki, Şimal-Cənub dəhlizi üzrə İran istiqamətində yük
daşımaları davam etdirilir:




“Ötən il Şimal-Cənub dəhlizi ilə 665 min ton yük daşınıb. Astara
Terminalında 13 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da
2024-cü ilin göstəricisi ilə müqayisədə təqribən 65 faiz
çoxdur”.

Qeyd edək ki, 2025-ci ili dekabrın 28-dən İranda milli
valyutanın kəskin dəyər itirməsi fonunda ölkədə etiraz dalğası
başlayıb. Bu kütləvi etiraz dalğası iki həftədən çoxdur ki, ölkəni
cənginə alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir