Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

Baş səhifə

Bakı. Trend:

Mobil operator avtomobil sahibləri üçün nəzərdə tutulmuş
“SMSRadar” xidmətində “Premium” abunəliyi istifadəyə verib. Yeni
abunəlik sürücülərə avtomobillə bağlı daha detallı məlumatlara
vahid platforma üzərindən sürətli və rahat çıxış imkanı
yaradır.

“SMSRadar Premium” çərçivəsində istifadəçilər avtomobilin
qeydiyyat və sığorta məlumatlarını izləyə, cərimələrə və sürücülük
vəsiqəsi ilə bağlı mövcud məhdudiyyətlərə nəzarət edə bilirlər.
Bununla yanaşı, xidmət çərçivəsində pulsuz sınaq imtahanlarına və
“Sual-Cavab” bölməsinə giriş də təmin olunur.




Xidmətə qoşulmaq üçün abunəçilər “P” yazıb 5666 qısa nömrəsinə
göndərə bilərlər. Premium abunəliyin aylıq xidmət haqqı 1 AZN
təşkil edir.

“SMSRadar” tətbiqi “Google
Play Store” və “Apple App Store”
mağazalarında əlçatandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir