Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək – PROQNOZ

Baş səhifə

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2027-ci il üçün qlobal maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.

APA-Economics”in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 106,09 mln. barel səviyyəsində olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,27 mln. barel çoxdur.

Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,82 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,35 mln. barel azdır.

Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,69 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 0,86 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2023-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,14 mln. barel olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir