
Bakı.Trend:
Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə
yağıntılar intensiv xarakterlidir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat
10:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli və
yağıntılı hava şəraiti davam edir.
Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29,
Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın,
Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və
Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və
Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2,
Balakən və Xocalıda isə 1 sm-dir.
Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti
Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24,
Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15
m/s-dək güclənir.
Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4,
Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq
rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

