ABŞ Qrenlandiyaya ordu göndərəcək?

Baş səhifə

Bakı. Trend:

Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarına baxmayaraq, ABŞ
Qrenlandiyaya qoşun göndərməyi planlaşdırmır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr
Palatasının spikeri Mayk Conson bildirib.




“ABŞ Qrenlandiyaya müharibə elan etməyi planlaşdırmır. Bu,
sadəcə olaraq mümkün deyil. Yaxın zamanda haradasa Amerika
hərbçilərinin peyda olacağını gözləmirəm”, – konqresmen
bildirib.

Conson vurğulayıb ki, Qrenlandiyanın alınması ABŞ üçün maraq
doğurur, çünki ada Amerika və digər ölkələr üçün “strateji
əhəmiyyət” daşıyır və bu məsələ ABŞ-nin milli təhlükəsizliyi və
faydalı qazıntıların hasilatı ilə əlaqəlidir. Buna görə də,
spikerin fikrincə, ABŞ bu məsələyə “çox ciddi yanaşmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir