
Ağdərə. Trend:
Kəndimiz işğal olunanda 10 nəfər ailə üzvümüz var idi, indi isə
mən ailə başçısı kimi beş üzvlü ailəmlə doğma yurdumuza
qayıdıram.
Bunu Trend-ə bu
gün Ağdərə rayonunun Aşağı Oratağ kənd sakini Anar Rüstəmov
açıqlamasında deyib.
O, kəndin dirçəlməsi üçün əmək sərf etməkdən heç zaman
çəkinməyəcəyini bildirib:
“Şükür bu günümüzə ki, 33 ildən sonra öz dədə-baba yurdumuza
qayıtmışıq. Bura qayıtmağımızın səbəbkarı olan şəhidlərimizə rəhmət
diləyirəm.
Sevindiricidir ki, doğma yurdumuzda ilk qonağımız ölkə başçısı
və onun ailəsi oldu. Bu hal biz sakinlərin üzərinə daha böyük
məsuliyyət qoyur. Bundan sonra kəndimizin dirçəlməsində daha çox
çalışacağıq”.

