Bakı-Sumqayıt marşrutlarında gedişhaqqı artırıldı: Yanacaq qiymətləri nəqliyyata təsir edəcək?

Baş səhifə

Bakı.Trend:

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən
594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik
artırılaraq 90 qəpik olub. Bu dəyişiklik Azərbaycanda yanacağın
qiymətindəki artımın nəqliyyat sektoruna təsirinin bir nümunəsi
kimi qiymətləndirilir. Yanacaq xərclərinin yüksəlməsi bu sahədə
fəaliyyət göstərən bütün subyektlərə birbaşa təsir göstərir.
Xüsusilə taksi xidmətləri və ictimai nəqliyyat üçün yanacaq əsas
xərc amillərindən biri olduğundan, qiymət artımı gedişhaqqı
tariflərinin dəyişdirilməsini gündəmə gətirir. Buna görə də
sərnişinlərin gündəlik xərcləri və nəqliyyat şirkətlərinin maliyyə
dayanıqlığı birbaşa təsirlənir. Uzun müddətdə yanacaq qiymətinin
artımı nəqliyyat şirkətlərinin investisiya planlarına və
göstərdikləri xidmətin keyfiyyətinə də təsir edə bilər. Eyni
zamanda sərnişinlərin alternativ nəqliyyat vasitələrinə üstünlük
verməsi və ya ictimai nəqliyyatdan istifadənin azalması kimi
sosial-iqtisadi nəticələr də gözlənilir. Bu səbəbdən hökumətin
tarif siyasəti və yanacaq subsidiyaları məsələsi xüsusilə böyük
əhəmiyyət kəsb edir.

Yanacaq qiymətlərində baş verən artım nəqliyyatda
gedişhaqqı tariflərinin dəyişməsinə səbəb olacaq?

Mövzu ilə Trend-ə açıqlamasında Nəqliyyat eksperti Rauf
Ağamirzəyev bildirib ki, avtoparkların əksər hissəsini
elektobuslar, sıxılmış təbii qazla işləyən avtobuslar təşkil edir.
Taksi parkının da yenilənmələrdən sonra əsas hissəsi
elektomobildir.

“Bu səbəbdən yanacaq qiymətlərindəki artım gedişhaqlarının
minimal dərəcədə dəyişməsinə səbəb ola bilər. İctimai nəqliyyatda
baş verən son qiymət artımında da qeyd olunub ki, yalnız tələblərə
cavab verən avtobusların tarifləri dəyişib”, – ekspert
vurğulayıb.

R. Ağamirzəyev bildirib ki, bu il “Brutto müqavilə”nin tətbiqi
çərçivəsində daha maraqlı proseslər gözlənilir:




“Cari ildə 15% nağd ödənişlə işləyən avtobusların da nağdsız
ödəniş sisteminə keçidini təmin etmək lazımdır. Bu gün güzəşt
qrupları tələbələr, təqaüdçülər, müharibə veteranları üçün fərdi
bilet paketlərinin və 90 dəqiqəlik pulsuz tranzit imkanlarının
tətbiqi ümumi xərclərin optimallaşdırılmasına zəmin yaradır və bu,
daha vacibdir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə Trend-ə açıqlamasında
bildirib ki, yanacağın qiyməti 5–10% civarında dəyişib.

“Bu dəyişikliyə görə ictimai nəqliyyatda və taksidə gediş haqqı
artmayacaq. Ümumiyyətlə, taksidə gediş haqqı dəyişən tariflə
müəyyən olunur və tələb-təklif əsasında formalaşır”, – ekspertqeyd
edib

O əlavə edib ki, taksidə istifadə olunan nəqliyyat vasitələrinin
böyük əksəriyyəti hibrid modellərdir və bu, müəyyən xərclərin
azalmasına səbəb olur.

“Başqa sözlə, dizel yanacağı və benzinin qiymətinin 5%
yüksəlməsi nəqliyyatda tariflərin artmasına gətirib
çıxarmamalıdır”, – deyə E. Cəfərli vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir