Azərbaycan ötən il elektrik enerjisi ixracını azaldıb, idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Ötən il Azərbaycandan elektrik enerjisinin ixracı 1,147 milyard
kVt·st, idxalı isə 177,2 milyon kVt·st olub.

Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü illə müqayisədə elektrik enerjisinin
ixracı 250,2 milyon kVt·st (17,9%) azalıb, idxalı isə 6,7 milyon
kVt·st (,9%) artıb.




Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən,
Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st,
yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında
162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir