
Bakı.Trend:
Ermənistan Avropa İttifaqının “Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu” (TRIPP) layhəsinə cəlb olunmasında maraqlıdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan ABŞ və Avropa İttifaqından olan səfirlərin iştirakı ilə
keçirilən “Ermənistan və dünya risklərin və imkanların
kəsişməsində” mövzulu diskusiyyalarda çıxışı zamanı deyib.
“Dünən Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün
institutlaşdırılması və TRIPP layihəsinin praktiki olaraq həyata
keçirilməsi istiqamətində daha bir mühüm addım atıldı. Bu
münasibətlə hamımızı təbrik edirəm. Aydın məsələdir ki, indi
regionumuza böyük investisiyalar və böyük maliyyə vəsaitləri
yönəldiləcək. Bu, xoş xəbərdir”, – deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, layihədə ABŞ-nin iştirakı artıq
müəyyən edilib və Avropa İttifaqının TRIPP layihəsinə cəlb olunması
formatı və başqa konkret layihələrlə bağlı Aİ-dən olan
tərəfdaşlarla detallı müzakirələrin aparılması vacibdir.
“Biz bunda maraqlıyıq”, – deyə o bildirib.

