
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşner tezliklə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədirlər.
APA xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, görüş bu ay baş tuta bilər, lakin, planlar hələ yekunlaşdırılmayıb və İrandakı hadisələr fonunda səfərin tarixi dəyişə bilər.
Kreml “Bloomberg”in sorğusuna cavab verməyib.
Ağ Ev isə belə bir görüşün planlaşdırılmadığını bildirib.

