Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar
sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı və həyata
keçirilən zərər ödənişləri artmaqdadır.

Trend Aqrar
Sığorta Fonduna istinadən xəbər verir ki, 2025-ci il ərzində
müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və
təsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib.
Bu 2024-cü ilin ödənişləri ilə müqayisədə 44%, 2023-cü illə
müqayisədə isə 2,1 dəfə artıqdır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon
manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata
keçirmişdi.

2025-ci ildə əkin sahələrində baş verən hadisələr üzrə fermer və
təsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu 2024-cü
illə müqayisədə 70%, 2023-cü ildəki ödənişlərə nisbətən 2,5 dəfə
artıqdır.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq
təsərrüfatlarında baş vermiş zərərlər üzrə 394 min manat sığorta
ödənişi edilib.

2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən sığortalanan 41
bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.




Ötən il buğda və arpa sahələri üzrə ümumilikdə 5 milyon 175 min
manat sığorta ödənişi həyata keçirilib. Bu 2024-cü illə müqayisədə
2 milyon manat və ya 63% artıqdır. Pambıq sahələri üzrə ödənişlər
isə 958 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 72
min manat və ya 8% artıqdır.

Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığorta
ödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma,
armud, üzüm v ərik bitkiləri üzrə həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət
dəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığorta
haqqının 50%-ni dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş
etməklə əkin sahələrini sığortalayırlar.

Hazırda bütün ölkə ərazisində payızlıq taxıl əkinləri və meyvə
bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu
fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa
və əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin
sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla
ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
«Bitkiçilik
məhsulları»
bölməsində ətraflı tanış olmaq, sığorta
haqqını isə «Bitkiçilik
kalkulyatoru»
vasitəsilə hesablamaq mümkündür. Əlavə
məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651
nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir