
Bakı. Trend:
Finlandiya piyada əleyhinə minaların istehsalına və şəxsi
heyətin onlardan istifadə üzrə hazırlığına başlayır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti
Hakkanen bəyanatla çıxış edib.
Qeyd edək ki, yanvaırn 10-da Finlandiya rəsmən Piyada əleyhinə
minalar haqqında Ottova konvensiyasından çıxıb.
“Finlandiyanın piyada əleyhinə minalar haqqında Ottava
Konvensiyasından çıxması 10 yanvar 2026-cı ildə qüvvəyə minib.
Bunun nəticəsində müdafiə administrasiyası piyada əleyhinə
minaların Silahlı Qüvvələrin arsenalına qaytarılması ilə bağlı
planlaşdırmaya başlayacaq”, – deyə müdafiə nazirinin bəyanatında
qeyd olunur.
O bildirib ki, konvensiyadan çıxma günü milli qanunvericiliyə
edilmiş dəyişikliklər də qüvvəyə minib və bu dəyişikliklər piyada
əleyhinə minaların istehsalı, əldə edilməsi və istifadəsinin
kriminallaşdırılmasını ləğv edir.

