İcra başçısı əməliyyat olunan şəhid atasını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev səhhətində
yaranan problemlərlə əlaqədar əməliyyat olunan şəhid atası Rüstəm
Rüstəmovu evində ziyarət edib.

İcra başçısı şəhid atasının sağlamlıq durumu və qayğıları ilə
maraqlanıb, ona şəfa diləyib, hər zaman onların yanında olduğunu
bildirib.

Rüstəm Rüstəmov şəhid ailələrinə göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin
təşəkkürünü bildirib.




Qeyd edək ki, Rüstəm Rüstəmovun oğlu — şəhid Vüsal Rüstəmov 44
günlük Vətən müharibəsinin iştirakçısı olub. O, lokal xarakterli
antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Vüsal Rüstəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına
görə”, “Vətən uğrunda” medalları, həmçinin III dərəcəli “Vətənə
xidmət” ordeni ilə təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir