Dekarbonizasiya üzrə yaradılan əlavə dəyər birbaşa milli iqtisadiyyata töhfə verməyə əsaslanır – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Dkarbonizasiya üzrə məcburetmə yanaşmasından deyil, daha çox
təşviqedici mexanizmlərin gücləndirilməsindən istifadə olunması
məqsədəuyğundur.

Trend xəbər
verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin
təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində
çıxışı zamanı deyib.

Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə
keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir
müavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar”
adlı panel sessiyada çıxış edib.




Elnur Soltanov dekarbonizasiya prosesində COP29-un roluna,
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə və Avropa
İttifaqının (Aİ) karbon tutumlu məhsulların idxalına tətbiq etdiyi
Sərhəddə Karbon Tənzimləmə Mexanizminə (CBAM) dair fikirlərini
bölüşüb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ədalətli enerji keçidinin təmin edilməsi və
dekarbonizasiya tədbirlərinin inkişafı məhdudlaşdırmaması ilə bağlı
mövqeyinə istinad edərək vurğulayıb ki, bu sahədə məcburetmə
yanaşmasından deyil, daha çox təşviqedici mexanizmlərin
gücləndirilməsindən istifadə olunması məqsədəuyğundur. Elnur
Soltanov Azərbaycanın karbon vergisinə yanaşmasının dekarbonizasiya
üzrə tədbirlərin və bu istiqamətdə çəkilən xərclərin sərhəddə
deyil, ölkə daxilində həyata keçirilməsinə, yaradılan əlavə dəyərin
isə birbaşa milli iqtisadiyyata töhfə verməsinə əsaslandığını
diqqətə çatdırıb.

Qeyd edək ki, hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti
nümayəndələrini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi
(ADSW) BƏƏ-nin dayanıqlı inkişafı sürətləndirmək üçün qlobal
platformasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir