Hitrou hava limanında PUA ilə bağlı insident uçuşlarda müvəqqəti pozuntulara səbəb olub

Baş səhifə

Bakı. Trend:

Avropanın ən işlək aeroportu hesab olunan Londonun Hitrou hava
limanında şübhəli pilotsuz uçuş aparatının (PUA) görülməsi
səbəbindən uçuşların hərəkətində müvəqqəti pozuntular yaşanıb.

Trend “The
Independent” nəşrinə istinadla xəbər verir ki, Sürixdən Londona
uçan “Swiss” aviaşirkətinə məxsus LX324 reysi təxminən yarım saat
havada dövr etdikdən sonra alternativ olaraq Qatvik hava limanına
yönləndirilib.




Qeyd olunur ki, Hitrou hava limanı Avropanın ən işlək hava
limanı hesab edilir və burada hər saatda təxminən 70 enmə və qalxma
həyata keçirilir.

Hava limanının nümayəndəsi bildirib ki, şübhəli pilotsuz uçuş
aparatı ilə bağlı əməliyyatdan sonra uçuşlar normal rejimdə davam
edir. Onun sözlərinə görə, vəziyyət tam nəzarət altındadır və hava
limanının təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə polis və
aviaşirkətlərlə sıx əməkdaşlıq aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir