
Bakı. Trend:
İtaliya A Seriyasında XVI turdan təxirə salınmış iki oyun baş
tutub.
Trend xəbər verir
ki, çempionluq mübarizəsi aparan “Napoli” “Parma” ilə qolsuz
heç-heçə edib.
Turnir cədvəlinin lideri “İnter” isə evdə “Leççe” ilə qarşılaşıb
və Milan klubu 1:0 hesablı qələbə qazanıb.
Hazırda “İnter” 46 xalla turnir cədvəlinə başçılıq edir, “Napoli” isə 40 xalla üçüncü yerdə qərarlaşıb.

