
Bakı. Trend:
Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin
nümayəndələri ilə görüş baş tutub.
Trend xəbər verir
ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında
paylaşılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Niderland arasında
münasibətlərin güclü inkişaf dinamikası və gələcək əməkdaşlıq
potensialı müzakirə olunub.
Məlumatda qeyd olunub ki, xüsusilə biznes, investisiya və
ticarət imkanlarının genişləndirilməsi, həmçinin əsas iqtisadi
sektorlar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş
konkret təşəbbüslər diqqət mərkəzində olub.

