Balakəndə avtomobilin vurduğu qadın 6 gün sonra xəstəxanada ölüb

Baş səhifə

Yanvarın 9-da Balakən rayon sakini Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə rayonun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəərey Əliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Həkimlərin səyinə baxçayaraq C. Əliyeva ötən gün axşam saatlarında aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir