
Bakı.Trend:
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək.
Trend xəbər
verir ki, bu barəfdə FHN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti tərəfindən 2026-cı il ərzində kiçikhəcmli gəmilərə
texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:
|
Sıra |
Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar |
Texniki baxışın keçirilmə vaxtı |
|
1. |
Şimal regionu üzrə |
Fevral ayı ərzində |
|
2. |
Muğan regionu üzrə |
Mart ayı ərzində |
|
3. |
Cənub regionu üzrə |
Aprel ayı əzində |
|
4. |
Daxili su hövzələri üzrə |
Oktyabr ayı ərzində |
|
5. |
Bakı şəhəri və Abşeron rayonu üzrə |
|
|
5.1 |
Ələt-Bibiheybət istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
|
5.2 |
Zığ-Pirallahı istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
|
5.3 |
Şüvəlan-Nardaran istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
|
5.4 |
Görədil-Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
Əlaqə telefonları: +994 (12) 512-17-32; +994 (12) 512-17-47.
Qeyd edək ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə
əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və
Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən
məhdudlaşdırıla bilər.

