
Bakı.Trend:
Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə
hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə
bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1
milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə
bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider
mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə
nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon
908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də
qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci
ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard
180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850
milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3%
artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat
həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata
yüksəlib.
Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə
alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin
birinci bankı 315 milyon manat xalis mənfəət əldə edib. Bu, bankın
2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən
68,9% daha çoxdur.
Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min
manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207
min manat təşkil edib. Artıma daha çox istehlak və biznes
kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak
kreditlərinin payına düşüb.
Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat
təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində
7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin
depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda,
fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823
min manata çatıb.
2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu
göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1
milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın
kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum
12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.
2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının
adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın
nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli
faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə
yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər
üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

