
Bakı.Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Vyanada Türk
Dövlətləri Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı tərəfindən təşkil olunan “TurkicWeek” adlı iri tədbirdə
getdikcə daha böyük əhəmiyyət qazanan Orta Dəhliz boyunca yük
axınlarının optimallaşdırılması üzrə konkret tədbirlər təqdim
edib.
Bu barədə Trend
IRU-ya istinadən xəbər verir.
Tədbirdə çıxış edən IRU-nun baş katibi Umberto de Pretto
bildirib ki, Orta Dəhliz qlobal təchizat zəncirlərindəki
dəyişikliklərə, geosiyasi risklərə və dayanıqlı quru marşrutlarına
artan tələbata cavabdehdir.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarət
sürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfə
artacağı gözlənilir.
“2022-ci ildən etibarən logistika bazarının bir çox iştirakçısı
Orta Dəhlizi ənənəvi dəniz marşrutlarına real alternativ kimi
qiymətləndirir.
Orta Dəhliz üzrə ticarət də transformasiya olunur. Əvvəllər
əsasən xammal – neft və mineral resursların daşınmasına
yönəlmişdisə, hazırda sürətlə konteyner daşımalarına keçid baş
verir. Son 12 ay ərzində konteyner daşımalarının həcmi üç dəfədən
çox artıb. Konteyner axınının 60 faizindən çoxunu Çindən Avropaya
göndərilən mallar təşkil edir”, – deyə o bildirib.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarət
sürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfə
artacağı gözlənilir.
“Lakin sərhəd keçid prosedurlarının təkmilləşdirilməsi də daxil
olmaqla, dəhlizin modernləşdirilməsi həyata keçirilməzsə, daşımaya
olan tələbat proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq.
Biz Orta Dəhlizin gücləndirilməsi üzərində çalışırıq. Bu isə
prosedurların sadələşdirilməsini, proqnozlaşdırılabilənliyin
artırılmasını və əməkdaşlığın genişləndirilməsini tələb edir”, –
deyə baş katib yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

