
Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət
dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,7% çoxdur.
Hesabat ilində muxtar respublika üzrə 13,6 milyon ABŞ dolları
dəyərində ixrac, 116,6 milyon ABŞ dolları məbləğində isə idxal
əməliyyatları həyata keçirilib.
Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 28,4% və
1,4% artıb.

