
Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatın və
sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas
kapitala 397,3 milyon manat vəsait yönəldilib.
Trend bu
barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən
xəbər verir.
Məlumata əsasən, bu, 2024-cü illə müqayisədə 45,2% çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 286,3 milyon manatı
tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da 2024-cü illə
müqayisədə 23,8% çoxdur.

