Naxçıvanda orta aylıq əmək haqqı 5%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal
əməkhaqqı 812,6 manat təşkil edib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,2%
çoxdur.




Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına
əsasən, 2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin sayı 1,782 milyon nəfər olub, onlardan
865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri
isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin
müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir