İsraildə güclü zəlzələ oldu

Baş səhifə

Bakı. Trend:

İsrailin cənubunda güclü zəlzələ olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.

Məlumata görə, Rixter cədvəli ilə 4,2 bal gücündə olan
zəlzələnin episentri Dimona şəhəri yaxınlığında yerləşib.




Seysmik hadisə ilə əlaqədar İsrailin Daxili Cəbhə Kommandanlığı
Ölü dənizi bölgəsində və Negev səhrasının cənubundakı yaşayış
məntəqələrində zəlzələ xəbərdarlığı elan edib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir