İran vətəndaşları asayişi və təhlükəsizliyini qorumağa borcludur – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İran öz vətəndaşlarını, asayişi və milli təhlükəsizliyini
qorumaq istiqamətində öz borcunu yerinə yetirməkdədir.

Trend-in
məlumatına görə, bu, İranın xarici işlər naziri Seyid Abbas
Əraqçinin BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubda öz
əksini tapıb.

Onun sözlərinə görə, İran hökuməti dinc aksiyaların və
toplantıların təşkil olunması hüququ ilə bağlı öz vətəndaşları
qarşısında insan haqları öhdəliklərini dərk edir və destabilliklə
qarşılaşmada maksimum şəkildə təmkinli olmaq istiqamətində bütün
lazımi addımları atıb.

Əraqçi bildirib ki, 28 dekabrdan etibarən iqtisadi məsələlərlə
əlaqədar İranda dinc etiraz aksiyaları başlayıb. Lakin 8-10 yanvar
tarixlərində terrorçu şəxslərin müdaxiləsi ilə dinc etiraz
aksiyaları silahlı iğtişaşlara çevrilib. Bu iğtişaşlarda
vətəndaşlara, dövlət məmurlarına qarşı ən dəhşətli cinayətlər
törədilib. Çoxlu sayda təcili yardım maşınları, yanğınsöndürmə
maşınları, tibb mərkəzləri, yaşayış massivləri və dini obyektlər
yandırılıb.




İranlı nazir əlavə edib ki, iğtişaşlar zamanı qanunu tətbiq edən
çoxlu sayda hüquq-mühafizə qüvvəsi öldürülüb və yaralanıb. Çoxlu
sayda hüquq-mühafizə əməkdaşının yaralı olması bir tərəfdən onların
təmkinli olduğunu, digər tərəfdən terrorçular tərəfindən
zorakılığın səviyyəsini əks etdirir.

“ABŞ-nin sabiq və hazırkı rəsmilrinin İrandakı etirazlarla bağlı
təhrikedici açıqlamaları BMT nizamnaməsi, beynəlxalq hüquq
normalarının açıq-aşkar şəkildə pozuzlmasıdır. Dinc etirazlardan öz
siyasi məqsədlərinə nail olmaq üçün İran vətəndaşlarının həyatını
təhlükəyə atmaq insan haqlarına qarşı addım hesab olunur.

12 yanvarda hökumətə dəstək yürüşündə İran vətəndaşlarının
iştirakı isə onların milli birliyə, qanun və asayişin qorunmasına
hörmətlə yanaşmaq üzrə iradəsini əks etdirib”, – deyə o
bildirib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir