Vaşinqton görüşü Azərbaycan üçün regional liderlik perspektivlərini göstərir – Politoloq

Baş səhifə

Bakı.Trend:

Xəbər vediyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan ABŞ-nin dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş
keçirib. Görüşdə regiona aid məsələlər müzakirə edilib.

Məsələni Trend-ə şərh edən
Azər Qarayev bildirib ki, Cənubi Qafqazda davam edən normallaşma
proseslərinin beynəlxalq müstəvidə dəstəklənməsi baxımından müsbət
addım kimi qiymətləndirmək olar:

“Vaşinqtonda aparılan müzakirələr göstərir ki, ABŞ regionda
uzunmüddətli sabitliyin təmin olunmasında maraqlıdır və bu prosesdə
Ermənistan–Azərbaycan sülh gündəliyini əsas prioritetlərdən biri
hesab edir.

Xüsusilə Bakı ilə İrəvan arasında sülh prosesinin institusional
əsaslar üzərində qurulmasının vacibliyinin vurğulanması
Azərbaycanın irəli sürdüyü prinsipial mövqe ilə üst-üstə düşür.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh razılaşmaları konkret
hüquqi mexanizmlərə, qarşılıqlı tanınmaya və beynəlxalq hüququn
prinsiplərinə əsaslanmalıdır. Bu baxımdan, Vaşinqtonda səslənən
fikirlər Azərbaycanın regionda dayanıqlı sülhün qurulmasına verdiyi
töhfələrin beynəlxalq səviyyədə də nəzərə alındığını göstərir”.

Politoloq xatıradıb ki, eyni zamanda, TRIPP layihəsi üzrə
çərçivə sazişinin təsdiqlənməsi regionda iqtisadi və nəqliyyat
əlaqələrinin genişləndirilməsi perspektivlərini gündəmə
gətirir:

“Bu cür təşəbbüslərin uğurlu olması isə ilk növbədə Azərbaycanın
iştirakına və regional əməkdaşlıqdakı aparıcı roluna bağlıdır.
Azərbaycan artıq öz təşəbbüsləri ilə Cənubi Qafqazı mühüm nəqliyyat
və enerji qovşağına çevirib və bu reallıq yeni beynəlxalq layihələr
üçün möhkəm zəmin yaradır”.

A.Qarayev qeyd edib ki, ümumilikdə, Mirzoyan–Rubio görüşü
göstərir ki, sülh və rifah gündəliyi regional aktorların, xüsusilə
Azərbaycanın konstruktiv mövqeyi fonunda daha real məzmun
almaqdadır:

“Proseslərin müsbət məcrada davam etməsi həm
Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına, həm də
Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın güclənməsinə xidmət
edəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir