Polis Kanberrada 10-dan çox partlayıcı qurğu aşkarladı

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Kanberra şəhərinin şimal-qərbində hüquq mühafizə
orqanları son iki gün ərzində on bir ədəd kustar üsullar
hazırlanmış partlayıcı qurğu aşkar edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Hələlik heç kimə zərər yetirməmiş kiçik bombalar ictimai
yerlərdə — yaşayış məhəllələrində, səkilərin və piyada yollarının
yaxınlığında, həmçinin şəhər parklarında tapılıb. Polis
vətəndaşları ayıq-sayıq olmağa çağırıb.




“Xəsarət alanlar barədə məlumat daxil olmayıb, lakin bu
qurğuların istənilən şəxsin onu basdalaya və ya əlinə ala biləcəyi
ictimai yerlərdə qoyulması bizi ciddi şəkildə narahat edir”, – deyə
polis müfəttişi vəzifəsini icra edən Anna Vronski mətbuata verdiyi
açıqlamada deyib.

Vronski qeyd edib ki, polis bunu terror aktı təşkil etmək cəhdi
kimi qiymətləndirmir, lakin hadisəyə son dərəcə ciddi yanaşır və
araşdırma aparır.

“Şəhər küçələrinə səpələnmiş partlayıcı qurğular kiçik metal
borulara bənzəyir. Onların bir qismi polis gəlməmişdən əvvəl
partlayıb, bəzilərini isə işə düşməzdən əvvəl aşkar etdik”, – deyə
Vronski əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir