Yataqxanada yanğında sakinlər təxliyyə edilib – 3 nəfər xilas olunub

Baş səhifə

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin keçmiş məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın baş verib. Yanğın nəticəsində binanın ll, lll, lV, V mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kv/m sahədə otaq yanıb. 30 nəfər bina sakini təxliyyə edilib, 3 nəfər xilas edilib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil. Səbəb araşdırıldıqdan sonra məlumat veriləcək”, qərargah rəisi əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir