“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
müştərilərin ödəniş prosesində daha sürətli və rahat seçimlərə
sahib olması üçün POS-terminallarda AZQR kod funksionallığını
istifadəyə verib.

AZQR kod – ödənişlərin ticarət və xidmət obyektlərində fiziki
POS-terminallar üzərindən tez, təhlükəsiz və kontaktsız şəkildə
həyata keçirilməsini təmin edən vahid QR kod sistemidir. Yeni
funksionllıq sayəsində müştərilər müəyyən bankların mobil
tətbiqlərindən istifadə edərək ödənişi bir neçə saniyə ərzində
tamamlaya bilərlər.

Yeni həll ticarət müəssisələrinə əlavə rahatlıq yaratmaqla
yanaşı, kassalarda növbələri azaldır və ödəniş prosesinin
çevikliyini artırır.




POS-terminallar haqqında ətraflı məlumat və sifariş üçün keçid
edin:
https://pshb.az/3LruxHH

Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin
dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International
Investor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk
Azərbaycan bankı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir