
Bakı. Trend:
Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb
Trend-in
sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən bildirilib ki, 53 mindən çox şagird yerdəyişməsi
qeydə alınıb:
“2025-2026-cı tədris ilinin I yarımilində ölkə üzrə 53 mindən
çox şagirdin yerdəyişməsi uğurla tamamlanıb”, – məlumatda
bildirilib.
Qeyd edək ki, yerdəyişmə prosesi yanvarın 8-də dayandırılıb.
11-ci siniflər üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək
aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə
prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə
əlavə məlumat veriləcək.

