Azərbaycan rəqəmsal incəsənət sərgisində təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fransanın Mejev şəhərində “6-cı Digital Art EXPO Megève”
rəqəmsal incəsənət sərgisi keçirilib. Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrədə fəaliyyət
göstərən “Global Oracle Association for Leaders” (GOAL)
təşkilatının təsisçisi və rəhbəri Leyla Bağırzadənin və “Digital
Art Expo”nun əməkdaşlığı ilə ölkəmiz bu sərgidə təmsil olunub.

Komitədən Trend-ə veriln məlumata görə, tədbirdə Azərbaycan
Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli
səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin nümayəndəsi və səfirliyin əməkdaşları da
iştirak ediblər.

Mejev İdman və Konsert Sarayının auditoriyasında keçirilən
sərgidə rəqəmsal incəsənət əsərləri nümayiş olunub, yaradıcı
icmalar arasında peşəkar mübadilə və dialoq aparılıb.
Təmsilçilərimiz Ramil Məmmədlinin, Emin Mathersin və Nargiz
Ramizqızının əsərləri rəğbətlə qarşılanıb. Ramil Məmmədlinin
“Signal Fragment” adlı əsəri insan şüurunun elm və texnologiya ilə
qarşılıqlı əlaqəsini əks etdirən orijinal yanaşması ilə diqqət
çəkib. Emin Mathersin sərgidə nümayiş etdirilən işləri müasir
vizual üslubu və texnoloji estetikası ilə böyük marağa səbəb olub.
Nargiz Ramizqızının əsərləri isə zərif vizual dili və rəqəmsal
texnikaların ahəngdar istifadəsi ilə seçilib.




Layihənin icrasında peşəkar koordinasiya və mentor dəstəyi də
təmin edilib. Agnessa Tariverdiyeva layihənin koordinatoru
(art-menecer), Səbinə Şıxlinskaya isə “Atesh Hub”ın mentoru
qismində çıxış edib.

Sərgidə, həmçinin Thierry André Krief, Marta Zaremba, Richard
Vigniel (RVig), Olivier Tops və Loïc Morell (Lokigraf) kimi
beynəlxalq sənətçilərin əsərləri də təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir