
Bakı. Trend:
ABŞ Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də
daxil olmaqla 11 İran vətəndaşına və İran, BƏƏ və Sinqapurda
qeydiyyatdan keçmiş 13 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Məlumata əsasən, Laricani ilə yanaşı, sanksiya siyahısına ABŞ-ın
etirazları qəddarcasına yatırmaqda ittiham etdiyi İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) üzvləri və polis zabitləri də
daxildir.
Sanksiyaların həmçinin fəaliyyəti “kölgə bankçılığı” ilə əlaqəli
olan hüquqi şəxslərə qarşı yönəldiyi vurğulanıb.

