İranda planlaşdırılan 800 edam dayandırıldı

Baş səhifə

ABŞ Prezidenti və onun komandası İranla danışaraq bildirib ki, əgər qətllər davam edərsə, bunun ağır nəticələri olacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlama verib.

O deyib ki, ötən gün Tramp qətllərin və edamların dayandırılacağı mesajını verib.

“Dünən planlaşdırılan və baş verməli olan 800 edam dayandırılıb. Beləliklə, Prezident və onun komandası bu vəziyyəti yaxından izləyir və bütün mümkün variantlar hələ də onun masası üzərindədir”,- deyə Livit əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir