
Bakı. Trend:
ABŞ-nin Oreqon ştatının sahillərində 6,0 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Kus Bay şəhərindən 309 km
qərbdə yerləşib. Yeraltı təkanların ocağı 7,1 km dərinlikdə
olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.

