
Bakı.Trend:
Pirşağıda yük maşını ilə motosikl toqquşub.
Trend-in
məlumatına görə, hadisə yanvarın yanvarın 15-də saat 22:20
radələrində baş verib.
Belə ki, 20.10.2003-cü il təvəllüdlü, Rusiya Federasiyası
vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi “Haojue HJ150-6”
markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə
olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə
“Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşması nəticəsində
motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə
cinayət işi başlanılaraq istintaq aparılır.

