Göygöldə yeni yarımstansiya tikiləcək – 27,2 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Göygöl rayonu ərazisində yeni yarımstansiya tikiləcək.

Trend-in
məlumatına görə, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq
bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, görüləcək işlər çərçivəsində 110/35/10 KV-luq 2X40 MVA
gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi,
avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava
xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki
dövrəli hava xəttinin çəkilməsi(11,5 km) və mövcud elektrik veriliş
xətlərində əsaslı təmir işləri aparılacaq.




“Azərişiq” ASC hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda ASC görüləcək işlərin 27,2 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir