“Mavi Ulduz” əməliyyatı Xalistan hərəkatının başlanğıcı oldu – Pəncab hökumətinin naziri

Baş səhifə

Bakı.Trend:

Zorakılığın siqlərə (Zikhlərə) qarşı bu qədər dərin kök
salmasının səbəbi siyasi fürsətçilik, dövlət repressiyası və
siqlərin kimliyinin və milli arzularının inkarının
birləşməsidir.

Trend xəbər
verir ki, bu fikirləri bugün Pəncab hökumətinin İnsan Haqları və
Azlıqların məsələləri naziri Rameş Sinq Arora “Hindistanda Zikhlərə
və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud
reallıqlar” adlı beynəlxalq konfransda deyib.

“Bunun üçün Hindistan Konstitusiyasının 25(b) maddəsinə baxmaq
kifayətdir. Yəni konstitusion hüquq müstəvisində siqlərin kimliyi
faktiki olaraq silinir”, – o vurğulayıb.

Nazir qeyd edib ki, 1984-cü ildə baş verən “Mavi Ulduz”
əməliyyatı zamanı ordunun siqlərin ən müqəddəs məbədi olan Qızıl
Məbədə hücumu bunun bariz nümunəsidir:




“Bu hadisə siq kollektiv şüurunda dərin yaralar açdı və eyni
zamanda Xalistan hərəkatının , yəni tam azadlıq və suverenlik
ideyasının başlanğıcı oldu. Bundan sonra mübarizə artıq Pəncab
ştatı üçün daha geniş muxtariyyət tələbi deyil, tam müstəqillik
uğrunda aparılan bir mübarizəyə çevrildi. 31 oktyabr 1984-cü ildə
Baş nazir İndira Qandinin qətlə yetirilməsi isə sonrakı hadisələr
üçün bəhanəyə çevrildi. Ardınca Dehlidə və digər şəhərlərdə
soyqırım baş verdi: siyasətçilər tərəfindən verilmiş seçici
siyahıları ilə silahlanan dəstələr siq ailələrinin evlərinə hücum
etdi, siq kişiləri diri-diri yandırdı, uşaqları öldürdü, qadınlara
təcavüz etdi. Bu, Hindistan dövlətinin özünün başlatdığı soyqırım
prosesini tamamlamaq üçün qitə miqyasında həyata keçirilən bir cəhd
idi”.

O qeyd edib ki, bu gün, 40 ildən çox vaxt keçməsinə baxmayaraq,
həmin zorakılığa görə məsuliyyət daşıyan şəxslər hələ də cəzasız
qalır:

“1984-cü il soyqırımının qurbanları üçün bu günə qədər real
hüquqi ədalət təmin edilməyib. Bu baxımdan Hindistanın dünyaya
təqdim etdiyi “həqiqət” sual altındadır.

Hindistan bu tarixi mərhələni “iğtişaş” (riot) adlandırır.
Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurması deməkdir. Bu isə
güclü bir dövlətin bütün mexanizminin işə salınmasını, seçici
siyahılarının zorakı dəstələrə verilməsini, polisin kənardan baxıb
heç nə etməməsini və ya birbaşa zorakılıqda iştirakını, ordunun və
təhlükəsizlik qüvvələrinin sülhü bərpa etmək üçün səfərbər
edilməməsini əhatə etməməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir