Pəncabda yaşayan sikhlərin sayı 30 milyondan çox deyil – İcma nümayəndəsi

Baş səhifə

Bakı.Trend:

Biz Vahiquruya Allaha bağlılıq, dua və meditasiya üzərində
formalaşmışıq. Eyni zamanda, zərurət yarandıqda hüquqlarımızı
istənilən vasitə ilə müdafiə etmək gücünə də sahibik.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Zikh icmasının nümayəndəsi Jas Singh
“Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və
zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışı
zamanı səsləndirib.




O bildirib ki, bu konsepsiya əsrlər boyu zikhlərin mənəvi
kimliyinin ayrılmaz hissəsinə çevrilib və müstəqillik uğrunda
aparılan bütün mübarizələrdə özünü açıq şəkildə göstərib.

“Biz boyun əyməyəcəyik və heç bir zalım rejimə təslim
olmayacağıq. Hindistanda zikhlər tarixən azlıq təşkil ediblər.
Məncə, onların sayı heç vaxt ölkə əhalisinin 2 faizini keçməyib. Bu
gün Hindistanın əhalisi təxminən 1,4 milyard nəfərdir, Pəncabda
yaşayan zikhlərin sayı isə 30 milyondan artıq deyil. Buna
baxmayaraq, bizim görünən kimliyimiz və daha da önəmlisi, sarsılmaz
prinsiplərimiz sayımızla müqayisədə olduqca böyük və
qeyri-mütənasib töhfələr verməyimizə imkan yaradıb”, – deyə Jas
Singh qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir